Xoş gəlmisiniz

2 Gündə Budapest
September 10, 2017

Xoş gəlmisiniz

Bu səhifəyə qədər gəlib çıxmısınızsa, özünüzü təbrik edə bilərsiniz! Çünki artıq səyahət anlayışını sizə tam anlamıyla hiss etdirəcək, onu yaşamanıza kömək edəcək və sizi daha çox səyahət etmək üçün ruhlandıracaq bir dəyər yaradılır. Bu dəyərin ən əsas parçası olacaq komandamız isə sadəcə səyahət etməyi sevən deyil, həm də ən böyük xəyalı başqalarının da səyahət arzularını gerçəkləşdirmək olan insanlardan ibarətdir.

Çox vaxt informasiya azlığından və ya “səyahət etmək üçün böyük miqdarda pul lazımdır” stereotipi ucbatından, çoxlarımız araşdırmağa cəhd belə etmədən tətillərimizi darıxdırıcı və sıravi günlərdən biri kimi keçiririk. Və sıx-sıx eşitdiyimiz: “Bu Yeni ili də, yayı da evdə keçirəsi oldum” cümləsi. Əslində isə, bunların bir çoxu öhdəsindən gələ biləcəyimiz maneələrdir. Gücümüz, həvəsimiz, kəşf etmək ruhumuz yaşadığı müddətcə dünyaya yeni pəncərələrdən boylanmalı, sərhədləri aşmalıyıq. Bu yolda əlavə dəstəyə təbii ki, ehtiyac olacaq.

“SeçGet” sadəcə Səyahət Agentliyi olaraq deyil, həm də sizə səyahət ruhunu hiss etdirən, ona həvəsləndirən, faydalı informasiyalarla sizi zənginləşdirən və sizi “Seçib Gedənlər” sırasına daxil etmək istəyən yeni bir dəyərdir. Sadalananları həyata keçirə bilmək üçün üç kanal üzərindən vebsaytımız, Facebook və İnstagram səhifələrimizdən (Nəzər salın: linklər yazının sonunda J ) sizlərə mütəmadi olaraq, real səyahət təcrübələrini, müxtəlif şəhərlərin maraqlı, cəlbedici xüsusiyyətlərini, yerli və xarici səyahət bloqqerlərinin maraqlı yazılarını və ən əsası Seçib Gedə bilməyiniz üçün səyahət paketlərimiz barədə məlumatları çatdıracağıq.

Əgər dünyadan bir parçanı özünüzlə daşımaq istəyirsinizsə, ilk addımı atın və gedəcəyiniz ölkəni seçin, xəyalınızdaki səyahəti bizə təsvir edin və gerisinin tam sizin arzuladığınız kimi olması üçün bizə arxalanın.  Hər zaman eşidib də, eməl etmədiyimiz və ya edə bilmədiyimiz kimi : “Həyatınızı əşyalarla deyil, xatirələrlə bəzəyin. Başqalarına əşyalarınızdan deyil, təcrübələrinizdən danışın!”.

1 Comment

  1. Hi, this is a comment.
    To get started with moderating, editing, and deleting comments, please visit the Comments screen in the dashboard.
    Commenter avatars come from Gravatar.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *